
Lənkəranda baş verən qəzada 2 məktəbli 2 tələbə olmaqla 5 nəfər xəsarət alıb.
Cənub Press xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonun Şovu kəndi ərazisində baş verib.
Beləki, 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi “Vaz2106” markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Reno” markalı nəqliyyat vasitəsi ilə toqquşub. “Vaz-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfəri isə tələbədir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin Əliyeva, Cənub Press