“Danışıq klubu ilə ingilis dili bacarıqlarının inkişafı” layihəsinin təqdimatı keçirilib.
Layihə 27 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Əhmədovanın Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olduğu təşəbbüsdür.
Layihənin məqsədi – 7–10-cu siniflərdə təhsil alan 40 şagirdin ingilis dili danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə 72 saatlıq interaktiv və praktiki təlim proqramı təşkil etmək, təlimləri ingilis dili dildaşıyıcısı olan xarici ölkə vətəndaşı tərəfindən keçirməkdir. Danışıq klubu xarici müəllim Godfred Enyan tərəfindən aparılacaq ki, bu da şagirdlərə canlı dil mühiti, düzgün tələffüz və beynəlxalq ünsiyyət bacarıqları qazanmaq imkanı yaradacaq.
Çıxış edən qonaqlar layihənin əhəmiyyətini vurğulayaraq bildirdilər ki, bu kimi təşəbbüslər şagirdlərin inkişafında mühüm rol oynayır.

