Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində təxminən 50 metrlik hündürlükdən aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elburus Fərman oğlu, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədova olublar.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
