“Fiziki fəallıqla skaut ruhunu kəşf et” layihəsinin icrası davam edir.
Əvvəlcə layihənin icra planına uyğun olaraq 6 aylıq dəstə görüşləri keçirilib. Görüşlər bitdikdən sonra tədris ilinin sonunda Şamaxı rayonunun meşə sahəsində çadır düşərgəsinin keçirilməsinə hazırlıq işləri görülüb. Düşərgənin idarə heyəti, keçirilmə yeri və proqramı müəyyən olunub.
Düşərgədə skautinqin 5 əsas istiqaməti üzrə – sosial, intellektual, fiziki, emosional və psixoloji istiqamətlərinə əsaslanan proqramın fəaliyyətləri birbaşa tətbiq olunub. Bu proqramın tətbiqi peşəkar təlimçilər tərəfindən həyata keçirilib.
Düşərgənin keçirilməsində əsas məqsəd isə şagirdlərin tədris ilinin sonunda 5 günlük çadır düşərgəsinə cəlb etmək olub.
Qeyd edək ki, layihənin məqsədi şagirdlərin həyati bilik və bacarıqlarını inkişaf etdirmək, sosiallaşmalarını və komandada işləmə bacarıqlarını artırmaq, sağlam həyat tərzinə maraq yaratmaq, liderlik və özünüifadə keyfiyyətlərini gücləndirməkdir.
Xatırladaq ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olub və Şamaxı şəhər M.K.Veyisov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində icra edilir.

