Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfransı uğurla yekunlaşmışdır.
Konfransda 60 şagird 4 komitə üzrə bölünərək dünya səviyyəsində aktual mövzuları müzakirə etmiş, nəticə etibarilə qətnamələr hazırlamışdır.
İştirakçılar konfrans müddətində müxtəlif ölkələrin nümayəndə heyətləri rolunda çıxış edərək qlobal problemlərin həlli istiqamətində debatlara qoşulmuş, diplomatik etiket qaydalarını tətbiq etmiş və birgə bəyannamələr hazırlamışlar. Bu simulyasiya gənclərə natiqlik, tənqidi düşünmə və beynəlxalq münasibətlər sahəsində mühüm praktiki təcrübə qazandırmışdır.
Qeyd edək ki, layihənin rəhbəri 64 nömrəli tam orta məktəbin direktoru Səidə Rəhimovadır. Layihənin əsas məqsədi şagirdlərin beynəlxalq münasibətlər və diplomatiya sahəsində biliklərinin artırılması, eləcə də onların tənqidi düşünmə, liderlik və ictimai nitq bacarıqlarının inkişaf etdirilməsidir.

