“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsinin icrası yekunlaşıb.
Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, müəllimlər və layihəyə cəlb edilmiş şagirdlər iştirak edib.
Layihə rəhbəri çıxış edərək bildirib ki, lahiyənin əsas məqsədi “Duolingo ABC” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarət olub.
Belə ki, 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Duolingo ABC” proqramından istifadə etməklə məşğələlər təşkil olunub.
Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin uğurla yekunlaşdığını diqqətə çatdırıblar.
Xatırladaq ki, layihə Məmmədova Mətanət tərəfindən Qəbələ şəhər Ş.Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

