Ağdam rayonu 102 nömrəli tam orta ümumtəhsil məktəbində “İbtidai siniflərdə riyaziyyat biliklərinin təkmilləşdirilməsi” adlı layihənin bağlanış mərasimi baş tutub.
Layihənin bağlanış mərasimində layihənin rəhbəri, məktəb rəhbərliyi və müəllimlər iştirak edib.
Tədbirdə əvvəlcə çıxış edən layihə rəhbəri bildirib ki, layihənin məqsədi “Khan Academy” onlayn tədris platforması vasitəsilə şagirdlərin riyaziyyat və rəqəmsal bacarıqlarını inkişaf etdirmək, interaktiv və fərdi öyrənməni təşviq edərək dərsə maraq yaratmaq, həmçinin şagird və müəllimlərin “Khan Academy” platformasından effektiv istifadə bacarıqlarını artırmaq olub.
Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin uğurla yekunlaşdığını vurğulayıblar.
Qeyd edək ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olub və Mehriban Xasməmmədova tərəfindən icra edilir.

