287 nömrəli tam orta məktəbdə keçirilən “Pixar Dərsləri” layihəsinin təlim mərhələsi uğurla başa çatıb. Layihə rəhbəri Aygün Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərdə nəzərdə tutulan proqram tam icra edilib.
Təlimlər müddətində şagirdlər riyaziyyat və yaradıcılıq sahəsində həm nəzəri biliklər əldə edib, həm də praktik fəaliyyətlər vasitəsilə müstəqil öyrənmə vərdişlərini inkişaf etdiriblər.
İştirakçılar proqramı uğurla tamamlayaraq analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqlarını gücləndiriblər. Layihənin növbəti mərhələsinə hazırlıq görülür.

