287 nömrəli tam orta məktəbdə “Pixar Dərsləri” layihəsi çərçivəsində təlimlərə rəsmi olaraq start verilib. Layihənin rəhbəri Aygün Məmmədovadır.
Təlimlər çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik fəaliyyətlər vasitəsilə riyaziyyat və yaradıcılıq sahəsində bilik və bacarıqlarını artıracaqlar. Proqram şagirdlərin müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.
Bu mərhələdə şagirdlərin analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi hədəflənir. Layihənin təlim mərhələsi məktəblilərin aktiv iştirakı ilə davam edir.

