287 nömrəli tam orta məktəbdə “Pixar Dərsləri” layihəsinin rəsmi açılış mərasimi baş tutub. Layihənin rəhbəri Aygün Məmmədovadır. Açılış tədbirində məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Layihənin əsas məqsədi şagirdlərin müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək, onların riyaziyyat və yaradıcılıq sahəsində bilik və bacarıqlarını artırmaqdır. Təlimlər çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik fəaliyyətlər vasitəsilə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirəcəklər.
Layihə müddətində şagirdlərin analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur. “Pixar Dərsləri” təşəbbüsünün məktəblilər üçün faydalı və motivasiyaedici platforma olacağı gözlənilir.

