IX qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş “Riyaziyyatda fərq yarat” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 3 aylıq dərs proqramı hazırlanacaq və 20 nəfər şagirdə 2 qrupda həftədə 1 dəfə, hər dərs 2 saat olmaqla tədris ediləcək. Ümumilikdə 24 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndiriləcək.
Xatırladırıq ki, “Riyaziyyatda fərq yarat” adlı layihə Tatar kənd tam orta məktəbdə Murad Rəsulzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasının 4-cü sinif riyaziyyat fənni üzrə resurslarının məktəb tədrisinə inteqrasiyası, şagirdlərin riyaziyyat və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, fərdi yanaşma əsasında interaktiv və əyləncəli öyrənmənin təşviq edilməsidir.

