“Danışaraq ingilis dilini mükəmməlləşdir” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilmişdir.
Layihə çərçivəsində məktəblilərin ingilis dilində şifahi ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, dil baryerinin aradan qaldırılması və praktik danışıq vərdişlərinin gücləndirilməsi məqsədilə xüsusi tədris proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə dərslər xarici dil daşıyıcısı tərəfindən aparılacaq, şagirdlər gündəlik ünsiyyətə əsaslanan interaktiv məşğələlərdə fəal iştirak edəcəklər. Tədris prosesi zamanı düzgün tələffüz bacarıqlarının formalaşdırılması, sərbəst danışıq vərdişlərinin artırılması və ingilis dilinə marağın gücləndirilməsi əsas hədəflər kimi müəyyən edilmişdir. Eyni zamanda, şagirdlər real ünsiyyət mühitində əldə etdikləri bilik və bacarıqları tətbiq etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Danışaraq ingilis dilini mükəmməlləşdir” qrant layihəsi Əkbərova Günay Zabil qızı tərəfindən Zəngilan rayonu 33 saylı tam orta məktəbdə həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin ingilis dilində real ünsiyyət bacarıqlarını inkişaf etdirməklə onların beynəlxalq dil mühitinə daha rahat inteqrasiyasına dəstək göstərməkdir.

