
Azərbaycan ərazisi zəlzələ baxımından aktiv seysmik zonada yerləşir. Buna görə də qonşu ölkələrdə baş verən güclü yeraltı təkanların təsiri ölkəmizdə də hiss oluna bilir.
Cənub Press xəbər verir ki, Seysmoloq Ənvər Əliyev zəlzələnin gücündən və episentrdən olan məsafədən asılıdır. Onun sözlərinə görə, xüsusilə İran, Gürcüstan və Ermənistan ərazilərində baş verən güclü təkanların təsiri Azərbaycana da yayıla bilər.
Mütəxəssislər bildirirlər ki, qonşu ölkələrdə baş verən hər bir güclü zəlzələ yerli seysmik müşahidə stansiyalarında qeydə alınır və aidiyyəti qurumlar tərəfindən izlənilir. Bu isə ölkə ərazisində potensial risklərin qiymətləndirilməsinə və mümkün təhlükələrin qarşısının alınmasına imkan verir.(BAKU.WS)
Nərmin Əliyeva, Cənub press