
Ölkəmizin bütün bölgələrində olduğu kimi, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran rayonunda da silsilə tədbirlər keçirilir.
Cənub Press xəbər verir ki, keçirilən anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Lənkərandan olan Milli qəhrəmanların abidəsi, daha sonra isə Şəhidlər Abidə Kompleksi ziyarət olunub. Abidələr önünə tər güllər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Anım Günü münasibətilə Lənkəran rayonunun müxtəlif yerlərində də xatirə tədbirləri və görüşlər təşkil olunur.
Nərmin Əliyeva, Cənub Press