
Çin Yerin müşahidəsi üçün texnologiyaların sınağı məqsədi ilə iki “Şiyan-30” peykini uğurla orbitə çıxarıb.
Çin Mərkəzi Televiziyasının yaydığı xəbərə istinadən, Cənub Press bildirir ki,
Məlumata görə, start 29 sentyabr tarixində Pekin vaxtı ilə saat 11:00-da Siçuan kosmodromunda həyata keçirilib. Buraxılış “CZ-2D” raketi ilə həyata keçirilib – “Çancen” seriyalı daşıyıcılar üçün bu 598-ci missiya olub.
“CZ-2D” diametri 3,35 m olan ikipilləli maye yanacaqlı raketdir. Uzunluğu 40,7 metrə çatan raket aşağı yerətrafı orbitə 3,5 tona qədər, Günəş-sinxron orbitə (700 km hündürlük) isə 1,3 ton faydalı yük çıxara bilir. Çin bu raketi 100-cü dəfə (2025-ci ildə 6-cı dəfə) buraxıb.
Nərmin Əliyeva, Cənub Press