
Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Lənkəran-Astara Regional Gənclər və İdman və Lənkəran-Astara Regional Təhsil idarələrinin birgə təşkilatçılığı ilə “11 Oktyabr – Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş “Mən də təhsil almalıyam” mövzusunda yeniyetmə və gənclərlə görüş keçirilib.
Cənub Press xəbər verir ki, tədbir Cəlilabad rayon gənclər və idman, təhsil sektorlarının əməkdaşları və Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin direktoru və gənclər iştirak ediblər.
Görüşün əsas məqsədi qızları təhsil, hüquqlarına təşviq etmək, onların təhsil imkanlarından səmərəli istifadə etmələrini dəstəkləmək, gənc qızlar arasında maarifləndirməni artırmaq və cəmiyyətdə gender bərabərliyini, qadınların təhsil və inkişaf imkanlarının vacibliyi barədə məlumatları yüksəltməkdir.
Tədbirdə 70 nəfər iştirak edib.
Nərmin Əliyeva, Cənub Press