Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. “Cənub Press” in əldə etdiyi məlumata görə, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Martın 30-u bazar gününə təsadüf etdiyindən martın 30-u, 31-i və aprelin 1-i qeyri-iş günləri olacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl…
Davamını oxuCategory: Mədəniyyət
Niyazabad haradadır və onun haqqında nələri bilirik?
Qədim və orta əsr mənbələrində, əfsanə və nağıllarda adı çəkilən, lakin bu günədək yeri və dəqiq koordinatları bəlli olmayan neçə-neçə qalalarımız, yaşayış məntəqələrimiz, o cümlədən Azərbaycanın iqtisadi və mədəni həyatında xüsusi yeri olan şəhərlərimiz olub. Hansı ki, lap yaxın keçmişimizədək elə qədim Qəbələ, Beyləqan və Mehrəvan kimi iri şəhərlərimizin də yeri və dəqiq koordinatları elm aləminə bəlli deyildi. Elə İnstitutun özündə də dəqiq yerini bilmədiyimiz neçə-neçə qədim və orta əsr şəhərlərimiz var. Bir çox yazılı qaynaqlarda adları çəkilən Yunan, Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad şəhərləri bu qəbildən olan Azərbaycan şəhərləridir.…
Davamını oxuCənub bölgəsində ilk peşəkar animasiya filmi hazırlanıb
Uşaqların erkən yaşda peşələrə maraq göstərməsi və milli dəyərlərə bağlı böyüməsi məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan “Sehirli Peşəm” animasiya filminin ilk seriyası təqdim edilib. Cənub Press xəbər verir ki, filmin rejissoru İntiqam Hacılı, prodüseri Afər Kərimov, animatoru Ayaz Xalıqlı, texniki dəstək üzrə Aytəkin Xalıqlı, rəssamı Nərgiz Baxşızadə, ssenari müəllifi Şəfayət Şəfinin əməyi nəticəsində ərsəyə gələn bu film cənub bölgəsində hazırlanan ilk peşəkar animasiya filmi olaraq diqqət çəkir. Filmin yaradı heyyəti bildirir ki, animasiya hazırlamaq adətən maliyyə baxımından bahalı bir proses olsa da, “Sehirli Peşəm” minimal büdcə…
Davamını oxuAzərbaycanda islam dövrü arxeologiyası: REALLIQLAR VƏ HƏDƏFLƏR
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İslam dininin meydana gəlməsi, İslam idealogiyası bayrağı altında formalaşan Xilafət imperiyası, bu imperiya tərəfindən dünyanın geniş ərazilərinin istilası ümumdünya tarixində keyfiyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu isə dünyanın geniş bir hissəsini əhatə edən xalqların və mədəniyyətin transformasiyası, ənənələrin qarşılıqlı surətdə zənginləşməsi, daha da inkişaf etməsi demək idi. Təbiidir ki, İslamın erkən yayıldığı ölkələrdən biri olaraq Azərbaycan da bu proseslərin içində idi. Beləliklə, yeni tarixi dövrün tələblərinə uyğun olaraq Azərbaycan şəhərlərinin ruhu və siması sürətlə dəyişərək, yeniləşərək…
Davamını oxu