
Astara rayonunun Pensər kəndində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı aparılacaq işlər səbəbindən bir sıra yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət tətbiq olunacaq.
Cənub Press xəbər verir ki, “Şahağacı” qaz paylayıcı stansiyasından qidalanan Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, eləcə də Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Ümumilikdə 1700 abonenti əhatə edən məhdudiyyət 1 oktyabr tarixində saat 10:00-dan etibarən işlər tam başa çatanadək qüvvədə olacaq.
Nərmin Əliyeva, Cənub Press