
Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə Cənub Press-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda gündüzlər 9-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).
Nərmin Əliyeva, Cənub Press