
Sentyabrın 24-də Cəlilabad Tibb Kollecində Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin, DQİDK Masallı bölməsinin, Cəlilabad Tibb Kollecinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, QAC Cəlilabad bölməsinin birgə təşkilatçılığı ilə “Anım Günü” ilə əlaqədar “Unudulmayan tarix-Qəhrəmanlıqdan Zəfərə” mövzusunda gənclərlə görüş keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Cəlilabad rayon gənclər və idman sektorunun, DQİDK Masallı bölməsinin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsinin sədri, QAC Cəlilabad bölməsinin sədri müavini, Cəlilabad Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında canlarını fəda etmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün məqsədi Şəhidlərinin xatirəsini yad etmək, onların qəhrəmalığlarını və Zəfər tariximizi gənc nəsillərə çatdırmaq olub.
Tədbirin sonunda iştirakçılar “44 Gün 44 An” sənədli filminə baxıblar.
Tədbirdə 90 nəfər iştirak edib.
Nərmin Əliyeva, Cənub Press