
Astarada “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda görüş keçirilib.
Sentyabrın 24-də Astara şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cənub Press xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyeva, məktəbin tarix müəllimi Selman Baxşıyev, Astara şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Əhmədova, I qrup Vətən müharibəsi əlili Samir Əliyev və Vətən müharibəsi veteranı İlqar Həsənzadə çıxış ediblər. Çıxışlarda gənc nəslin qəhrəmanlıqlarının və şəhidlərin xatirəsinin həmişə əziz tutulacağı xüsusi vurğulanıb.
Sonra məktəbin şagirdləri tərəfindən “Şəhidlər ölməzdir”, “Dəmir yumruq”, “Qələbəyə aparan yol”, “Biz qalib ölkənin vətəndaşıyıq” şerləri söylənib, “Marş irəli” mahnısı ifa olunub.
Tədbirdə 41 nəfər gənc iştirak edib.
Nərmin Əliyeva, Cənub Press