
Qoç
Günün əvvəlində ehtiyatlı olun. Bu, ilk növbədə işgüzar sahəyə aiddir. İlk baxışda cəlbedici görünən, kifayət qədər gözlənilməz təkliflər gələ bilər. Lakin onları qəbul etməzdən əvvəl daha çox məlumat toplayın, bütün şərtləri diqqətlə araşdırın və ən əsası, etibarlı insanla işlədiyinizə əmin olun.
Günün ikinci yarısı xeyli asan və uğurlu olacaq. Bu vaxt sizdən elə də çox şey tələb olunmayacaq: intuiziyanıza qulaq asın və onun göstərdiyi kimi hərəkət edin. Məhz belə davransanız, sizin üçün xüsusilə dəyərli olan insanla münasibətlərdə nəyisə daha yaxşıya doğru dəyişə biləcəksiniz.
Buğa
İş üçün əla gündür. Karyera zirvələrini fəth etməyə can atmasanız belə, bu gün mövqelərinizi möhkəmləndirmək, gəlirlərinizi artırmaq və ya nüfuzlu himayədarlar tapmaq şansınız olacaq. Ulduzlar xüsusilə bizneslə məşğul olan Buğalara rəğbət göstərəcək: belə nümayəndələr sərfəli anlaşmalar imzalaya biləcəklər. Əvvəldən planlaşdırılmış və ya son anda qərar verilmiş iş səfərləri də uğurlu alınacaq.
Şəxsi münasibətlərdə isə çətinliklər mümkündür. Əsas səbəb bu gün emosiyalarınızı anlamağın, hətta əslində nə istədiyinizi dərk etməyin çətin olmasıdır. Bir az tək qalmaq sizə xeyir verə bilər.
Əkizlər
Yeni bir şey öyrənmək üçün əla gündür. Düşünün: bu gün bunu hamıdan yaxşı siz bacarırsınız. Elm sahəsində çalışan Əkizlərin çox faydalı kəşf etmək şansı var, digər nümayəndələr də nəyisə yararlı bir ixtiraya çevirmə fürsətini qaçırmayacaqlar. Gün həmçinin yeni biliklər qazanmaq, mürəkkəb məsələləri anlamaq və adətən yaxınlaşması çətin olan insanlarla ünsiyyət qurmaq üçün münasibdir.
Lakin uğurlar qazandıqdan və mühüm qələbələr əldə etdikdən sonra da bunu gözə çarpmayacaq şəkildə, təvazökarcasına qeyd etməyə çalışın. Bu gün ətrafınızdakıların hamısı dostyana əhvalda olmayacaq; lovğa görünməyiniz düşmən qazanma riskini artıra bilər.
Xərçəng
Günün əvvəlində pulla risk etməyin. Bu vaxt iri, spontanik alışlara, əvvəlcədən planlaşdırılmamış anlaşmalara və şübhəli maliyyə təşəbbüslərində iştiraka uyğun deyil. Mətanətli və ağıllı davranın – bu, problemlərdən yayınmaq üçün kifayət edəcək.
Qalan məsələlərdə gün pis keçməyəcək. İşdə daha çox uğur qazanacaq olanlar işi əsasən öz gücünə görməyə öyrəşmiş, başqalarından qarşılıqsız yardım gözləməyənlərdir. Rəhbər mövqedə olan Xərçənglər isə tabelikdə olanların fəaliyyətini nəzarətdə saxlamalıdırlar; bunu elə edin ki, onlar bunu hiss etməsinlər. Bəlkə də hər şeyin istədiyiniz kimi getməməsinin səbəbini üzə çıxarmaq mümkün olacaq.
Şir
Axşama yaxın daha diqqətli olmağa dəyər. Əgər kiməsə xoş təsir bağışlamaq istəyirsinizsə, həmin insanla günün birinci yarısında ünsiyyət qurmağa çalışın. Lazım olan təəssüratı yaratmaq elə də çətin olmayacaq: adətən yalnız başqalarının qüsurlarını görənlər belə sizin cazibənizin “qurbanı” ola bilərlər. Lakin işgüzar danışıqlarda ehtiyatlı olun; əks halda söhbət asanlıqla sərbəst, hətta romantik axara keçə bilər.
Günün əvvəlində işlər uğurlu gedəcək, ikinci yarısı isə bir qədər çətin ola bilər. Xırda xoşagəlməzliklər və kiçik itkilər istisna deyil. Xüsusi narahat olmağa dəyməz – tezliklə hər şey yoluna düşəcək. Hələlik sadəcə daha diqqətli olun.
Qız
İş üçün əla gündür. Xüsusilə intellektual əməyilə məşğul olan Qızlar üçün uğurlu olacaq. Həmfikirlərlə ünsiyyət, ideyalarınızı bölüşmək və başqalarının fikirlərini dinləmək faydalıdır. Hətta həmkarlarla yüngül, qeyri-rəsmi söhbət belə sizi uğurlu fikirlərə yönəldə bilər.
Şəxsi münasibətlər baxımından günü birmənalı qiymətləndirmək çətindir. Yaxşı tanışlıq mümkündür və istəsəniz, yaxşı təəssürat yaradacağınıza əminsiniz. Lakin adətən iti olan intuiziyanız bu dəfə qeyri-adi dərəcədə sükut içində olacaq; bu da əslində uzaq durmalı olduğunuz birinə həddən artıq bağlanma riskini artıra bilər.
Tərəzi
Şəxsi münasibətlərdə dəyişikliklər sizi gözləyir. Mümkün qədər az risk edin və istənilən məqsədə çatmaq üçün yalnız ən etibarlı üsullardan istifadə edin. İşlərdə yeni tanışların vədləri nə qədər cazibədar olsa da, üstünlüyü sınanmış müttəfiqlərə verin. İş və karyera ilə bağlı ciddi qərarları tələsmədən və müstəqil şəkildə qəbul etmək vacibdir: məsləhətlər bu gün o qədər də faydalı olmayacaq.
Son vaxtlar yaxınlarla yola getməyən və ya anlaşılmazlıqdan əziyyət çəkən Tərəziləri şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözləyir. Çətin mövzuları sakit və konstruktiv şəkildə müzakirə etmək mümkün olacaq. Ən gənc nümayəndələr isə ilk məhəbbətləri ilə qarşılaşa bilərlər.
Əqrəb
Diqqəti vacib işlərə cəmləyin: gün məhz onlar üçün daha uyğundur. Xırda və rutin tapşırıqların həllini imkan varsa, başqasına həvalə edin. Güc və vaxtınızı həqiqətən irimiqyaslı layihələrə sərf etməyiniz daha yaxşıdır. Lakin pulla ehtiyatlı olun: onları yığmaq indi daha münasibdir. Hər hansı anlaşmanı bağlamazdan əvvəl iki dəfə düşünün.
Günün əvvəlində özünüzü əsəbi hiss edə bilərsiniz, axşam isə ünsiyyət üçün son dərəcə əlverişli olacaq. Yaxınlarla dərin söhbət aparmağınız, ya da yeni tanışla yüngül, dünyəvi söhbət etməyiniz fərq etməz – hər iki halda söhbətlər faydalı olacaq və kifayət qədər müsbət emosiyalar bəxş edəcək.
Oxatan
Günün əvvəlində daxili tarazlığı qorumaq xeyli çətin olacaq. Elə gələ bilər ki, ətrafınızdakılar qəsdən səbrinizi sınayır və sizi özündən çıxarmağa çalışırlar. Əmin olun, belə deyil! Böyük ehtimalla onlar sadəcə düşüncə sürətinizə çata bilmirlər. Bəzi sadə şeyləri bir-iki dəfə yox, bir neçə dəfə izah etməli olacaqsınız ki, sizi düzgün anlasınlar.
Əvəzində günün ikinci yarısı xoş sürprizlərlə dolu olacaq. Çoxdan getmək istədiyiniz yerə dəvət ala bilərsiniz. Hədiyyələr və sizi sevindirəcək romantik etiraflar da mümkündür.
Oğlaq
Bu, qeyri-adi günlərdəndir: reallığı adekvat qiymətləndirmək əvəzinə, həddindən artıq qeyri-praktik ola və xəyal dünyasında “uçub-qaça” bilərsiniz. Bu isə təəssüf doğuran səhvlərə, qəribə anlaşılmazlıqlara səbəb ola bilər. Sonradan özünüz də başa düşməyə bilərsiniz ki, necə olub ki, açıq-aşkar detalları görməmisiniz və ya göz önündə olanı nəzərdən qaçırmısınız.
Nəsə istədiyiniz kimi getməyə bilər və planları gedişat üzərində düzəltməli olacaqsınız. Bəzən bu, əsəbiləşdirəcək, amma daha çox sizə də, yanınızdakılara da gülməli görünəcək. Axşam isə sizin üçün ən yaxın insanlardan biri ilə bağlı xoş xəbərlər gələcək.
Dolça
Gün sakit keçməyəcək, xüsusən işi ünsiyyətlə bağlı olanlar üçün. Müzakirələr və mübahisələr adətinizdən çox olacaq, üstəlik, həqiqətən vacib tapşırıqlara köklənmənizə mane olanlar tapılacaq. Bəzi Dolçalar köhnə müttəfiqləri ilə mübahisə riski daşıyırlar. Bir qədər sonra münasibətlər yoluna düşəcək, amma bir neçə xoşagəlməz anı yaşamalı olacaqsınız.
Maliyyə çətinlikləri və planlaşdırılmamış xərclər istisna deyil. Yəqin ki, söhbət böyük məbləğlərdən getməyəcək, buna görə həddindən artıq narahat olmayın. Şəxsi münasibətlərdə isə müsbət meyllərin təsiri üstün olacaq: burada çox şey daha yaxşıya doğru dəyişə bilər və bunun üçün xüsusi səy də göstərməyiniz gərəkməyəcək.
Balıqlar
Planlarınızı dəyişməyə və tam yeni iş naminə düşündüklərinizi təxirə salmağa hazır olun. Gün yəqin ki, xeyli gözlənilməzlik gətirəcək. Başqaları buna görə çaşa bilərdi, siz isə vəziyyətdə tez yön alacaq, yalnız uyğunlaşmaqla kifayətlənməyib, həm də yaranan şəraitdən yarar götürməyin yolunu tapacaqsınız. Ətrafdakıların hamısı dərhal anlamayacaq ki, niyə məhz belə davranırsınız. Belə hallarda uzun-uzadı izahatlara vaxt sərf etməyin: çox keçmədən hər şey öz-özünə aydın olacaq.
Gün, sərbəst atmosferdə keçirilən istənilən görüş üçün uyğundur. Həmkarları qonaq çağırmaq və ya işdən sonra onlarla gəzintiyə çıxmaq olar: çox faydalı bir şey öyrənmək şansı olacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press