
????????????????????????????????????
Sentyabrın 22-də lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan hərbiçi Qardaşzadə Elsevər Rakif oğlunun anım günü keçirilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidin Şağlakücə kəndindəki qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.
Cənub Press xəbər verir ki, Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!
Nərmin Əliyeva, Cənub Press