Astara rayonunda 2025-ci ilin doqquz ayında əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb.
Cənub Press xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 59830,9 min manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 48,1 faiz çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 74,1 faizi və ya 44354,1 min manatı dövlət, 25,9 faizi və ya 15476,8 min manatı qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 58668,7 min manatı və ya 98,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,3 faiz çox olmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında 2 tikinti müəssisəsi fəaliyyət göstərmişdir. Tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 62,1 faiz azalaraq 1072,7 min manat olmuşdur. Ümumi tikinti işlərinin 2,7 faizini inşa, yenidənqurma və bərpa, 97,3 faizini cari təmir işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 97,3 faizini dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
