
Qoç
Günü sakit və sizə tanış olan işlərlə başlayın. Ətrafınızdakı insanlarla ümumi dil tapmaq bu gün bir qədər çətin olacaq. Evdə həll edilməli bir sıra məsələlər ortaya çıxacaq və onları təkbaşına həll etmək daha məqsədəuyğundur. Xırda xoşagəlməz hallar baş verə bilər, bu isə sizi əsəbiləşdirə bilər. Pis əhvalınızı yaxınlarınızdan çıxarmağa çalışmayın.
Günün ikinci yarısında əksər Qoçlar emosional yüksəliş, güc və ruh yüksəkliyi hiss edəcəklər. Bütün planlaşdırılmış işləri yerinə yetirə biləcək, üstəlik istirahət üçün də vaxt tapacaqsınız. Ailə üzvlərinin köməyi çox yerinə düşəcək.
Buğa
Zərifliyiniz və nəzakətiniz sayəsində ətrafınızdakı insanlarla asanlıqla razılığa gələcəksiniz. Qarşınızdakını bir baxışdan anlayacaq, onların maraqlarını nəzərə alacaqsınız və bu, münasibətləri daha da asanlaşdıracaq. Qısa səfərlər uğurlu keçəcək və sizə xoş təəssüratlar bəxş edəcək. Bəzi Buğalar uzun müddətdir gözlədikləri xoş xəbəri alacaqlar.
İctimai tədbirlər, görüşlər və yeni tanışlıqlar üçün münasib gündür. Maraqlı insanlarla ünsiyyət qurmaq imkanınız olacaq. Sadəcə xərclərinizə nəzarət edin ki, lazım olandan artıq pul xərcləməyəsiniz.
Əkizlər
Səhər ev problemləri ilə məşğul olmaq lazım gələcək və bu, planlarınızı dəyişməyə məcbur edəcək. Əhvalınız bir qədər aşağı olacaq. Yaxınlarınızla mübahisələrdən qaçmağa çalışın, çünki münasibətləri bərpa etmək asan olmayacaq. Alış-veriş üçün əlverişsiz gündür — nə istədiyinizi tapmayacaq, üstəlik maliyyə itkisi ilə üzləşə bilərsiniz.
Bir çox Əkizlər üçün təklikdə qalmaq, sakitləşmək və fikirlərini toparlamaq faydalı olacaq. Naməlum bir məkanda gəzintiyə çıxmaq rahatlamaq və yeni təəssüratlar qazanmaq üçün gözəl vasitədir.
Xərçəng
Planlaşdırdığınız işlərin hamısını uğurla yerinə yetirə biləcəksiniz, əsas odur ki, onları təxirə salmayasınız. Ailə üzvləriniz işlərinizə qarışmaq istəyəcəklər, amma bu, xoş niyyətlə olacaq. Onların enerjisini düzgün istiqamətə yönəldin — nədə köməyə ehtiyacınız olduğunu açıq şəkildə deyin. Beləcə, həm qarşıdurmalardan qaçacaq, həm də münasibətlərinizi daha da möhkəmləndirəcəksiniz. Yaxınlarınızın dəstəyinə görə təşəkkür etməyi unutmayın.
Günün sonunda hər şey istədiyiniz kimi getməyə bilər. Çoxunuz üçün uzaq qohumlarla əlaqə saxlamaq və münasibətləri yeniləmək faydalı olacaq.
Şir
Bu gün sizə heç nə çətin görünməyəcək. Uzun müddətdir vaxt ayıra bilmədiyiniz işlərə başlamaq üçün əla zamandır. Hər şeyi planlaşdırdığınızdan da tez bitirə biləcəksiniz. Enerjiniz, optimizminiz və dözümünüz istənilən çətinliyi dəf etməyə imkan verəcək. Daşınmaz əmlakla bağlı məsələləri və ya təmir işlərini başlamaq üçün də münasib gündür. Ailə üzvlərinizi də işlərə cəlb edin — onlar məmnuniyyətlə kömək edəcəklər.
Bir çox Şirlər bu gün yeni bilikləri asanlıqla mənimsəyəcək və yaxın gələcəkdə bu biliklərdən faydalanacaqlar. Axşam isə ailə üzvləri ilə gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır.
Qız
Bu gün vacib işlərə başlamasanız, daha yaxşı olar. Ciddi problemlər olmasa da, böyük nailiyyətlər də gözlənilmir. Daha çox gündəlik işlərə və ev məsələlərinə vaxt ayırın. Tələsməyin, qərar verməzdən əvvəl yaxşı düşünün. Təmir və ya evin yenilənməsi üçün uğurlu gün deyil. Şübhəli layihələrə pul yatırmayın, hətta sizi buna razı salmağa çalışan insanlar etibarlı görünsələr belə.
Günün ikinci yarısı sakit ünsiyyət və adi fəaliyyətlər üçün münasibdir. Ailəli Qızlara vacib məsələləri bu gün müzakirə etməmək tövsiyə olunur.
Tərəzi
Yeni biliklər və bacarıqlar qazanmaq üçün uğurlu gündür. Öyrəndikləriniz sizə yaxın gələcəkdə mütləq fayda verəcək. Alış-verişlər uğurlu və sərfəli olacaq. Ciddi mövzuları müzakirə etmək üçün münasib şərait yaranacaq. Bir çox Tərəzilər uzun müddət arada qalan məsələləri aydınlaşdıracaq və yaxın münasibətləri möhkəmləndirəcəklər. Uzun zamandır gözlənilən bir xəbər almaq ehtimalı da var.
Günün ikinci yarısında evlə bağlı məsələlərlə məşğul olmalı olacaqsınız, lakin bu sizi yormayacaq. Axşam peşəkar maraqları olan dostlarla görüş və ya evinizdə qonaq qəbul etmək üçün əlverişlidir.
Əqrəb
Yığılıb qalmış bütün işlərin öhdəsindən gəlmək bu gün çətin olacaq, amma ünsiyyət üçün gün çox münasibdir. İctimai tədbirlərdə iştirak sizə sevinc və yeni tanışlıqlar gətirəcək. Əksər Əqrəblər bu gün ətrafdakılar üçün xüsusilə cəlbedici görünəcəklər. Yeni tanışlıqlar həm şəxsi, həm də işgüzar baxımdan faydalı ola bilər. Bəzi hallarda iş münasibətləri romantik yön ala bilər.
Axşam fikirlərinizi toplamaq çətin olacaq, ona görə də özünüzdən çox şey tələb etməyin. Sakitləşmək, sevdiyiniz məşğuliyyətlə maraqlanmaq və ya sadəcə dincəlmək daha doğru seçimdir.
Oxatan
Günün birinci yarısında vacib işlərə başlamayın. Ən yaxşısı, qayda-qanun yaratmaq və lazımsız şeylərdən qurtulmaqdır. Sadəcə diqqətli olun — kiçik, amma vacib bir əşyanı itirmək riski var. Məsuliyyətli qərarlar verməyin, çünki bu gün onlar çox vaxt səhv olacaq. Planlaşdırılmamış xərclərdən uzaq durun.
Bəzi Oxatanlar əsəbi və gərgin ola bilər. Bu haldan çıxmaq üçün yaxın insanlarla səmimi söhbət etmək və hisslərinizi bölüşmək yaxşı təsir göstərəcək. Beləcə, həm rahatlayacaq, həm də münasibətlərinizi möhkəmləndirəcəksiniz.
Oğlaq
Bu gün hər iş asan alınacaq, ona görə də işləri sonraya saxlamayın. Ev işlərini tezliklə həll edib, həm xoş məşğuliyyətlərə, həm də istirahətə vaxt ayıra biləcəksiniz. Təhsil üçün uğurlu gündür — yeni biliklər tez və möhkəm mənimsəniləcək. Səfərlər, xüsusən də uzaq məsafələrə olanlar uğurlu keçəcək və xoş təəssüratlar gətirəcək. Bir çox Oğlaqlar üçün yeni və maraqlı imkanlar açılacaq.
Günün ikinci yarısında xərclərdə ehtiyatlı olun. Əmin olmadığınız vədləri verməyin.
Dolça
Günün əvvəlini ev işlərinə və ailə problemlərinə həsr edin — onlar yığılmış olacaq. Yaxınlardan birinə kömək etmək fürsəti yaranacaq, bu isə planlarınızı dəyişməyə səbəb olacaq. Məsuliyyətli qərarlar üçün münasib zaman deyil, cari işlərə diqqət ayırmaq daha məqsədəuyğundur. Özünüzü çox yükləməyin, günün sonunda gücünüzü bərpa etmək vacibdir.
Axşam maliyyə məsələlərini həll etmək üçün əlverişlidir. Sizə faydalı məsləhət verilə və ya maraqlı təklif edilə bilər. Intuisiyanıza qulaq asın — o sizə risk etməli və ya geri çəkilməli olduğunuz anı düzgün göstərəcək.
Balıqlar
Səhər sakit qalmaq çətin olacaq, amma bu hal uzun çəkməyəcək. Günün əvvəlində yaxınlarla mübahisələrdən uzaq durmağa çalışın — sonra hər şey yoluna düşəcək. Ev işlərinin çoxluğuna baxmayaraq, onların hamısının öhdəsindən gələcəksiniz. Hətta uzun müddətdir təxirə saldığınız məsələləri də həll etmək mümkün olacaq. Qohumlar işlərinizə qarışmaq istəyə bilərlər, amma siz onların enerjisini düzgün istiqamətə yönləndirə biləcəksiniz.
Günün ikinci yarısı dostlarla və sevdiyiniz insanla görüş üçün əladır. Qonaqları evinizdə qəbul edə və ya görüşə çıxa bilərsiniz — hər iki halda gün xoş əhval-ruhiyyə ilə tamamlanacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press