
Lənkəran şəhərinin Akademik Zərifə Əliyeva küçəsində yerləşən “Sağlam məhəllə” idman zonasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Cənub Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş 2012–2014-cü il təvəllüdlü oğlanlar arasında minifutbol üzrə Lənkəran rayon turniri keçirilib.
Cənub Press xəbər verir ki, tədbirin açılışında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi, Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi, suverenliyimizin bərpası və dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı barədə danışıb. O, eyni zamanda şagirdləri sağlam həyat tərzinə və idmana marağı artırmağa çağırıb, onların idmanda daha fəal olmalarının vacibliyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə 16 komanda iştirak edib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda I yeri – Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbin komandası,
II yeri – Lənkəran şəhər 2 saylı tam orta məktəbin komandası,
III yeri – Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbin komandası qazanıb.
Birinci yeri tutan komanda kubok və diplomlarla, ikinci və üçüncü yerləri tutan komandalar isə diplomlarla təltif olunublar.
Nərmin Əliyeva, Cənub Press