
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Masallı Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Əsgərə məktub” layihəsi çərçivəsində “Vətənə sözüm var” adlı görüş keçirilib.
Cənub Press xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan əsgərlərinə mənəvi dəstək göstərmək, onların ruh yüksəkliyini artırmaq, göstərdikləri qəhrəmanlığa görə təşəkkür etmək və xalqımızın birliyini nümayiş etdirmək olub.
Görüşdə iştirak edən gənclər orduda xidmət edən əsgərlərə öz arzularını və xoş diləklərini məktublar vasitəsilə ünvanlayıblar.
Nərmin Əliyeva, Cənub Press