
Sentyabrın 3-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan Futbol Federasiyası Assosiasiyasının nümayəndələrini qəbul edib.
Cənub Press xəbər verir ki, görüşdə Lənkəran-Astara regionu ərazisində mövcud olan futbol meydançaları və onların hazırki vəziyyəti müzakirə edilib. Bir neçə gün ərzində sözü gedən meydançalara baxış keçiriləcəyi və cari vəziyyət ilə bağlı məlumatların toplanılması haqqında söhbətlər aparılıb.
Nərmin Əliyeva