
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cənub Press xəbər verir ki, hadisə köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəza zamanı bir nəfər həyatını itirib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Nərmin Əliyeva