Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş “Riyaziyyatın fərdi ritmi: Şagirdin sürətinə uyan öyrənmə modeli” adlı layihənin icrası davam etdirilir.
Layihənin icra planına uyğun olaraq Khan Academy ilə 6-cı sinif riyaziyyat fənni üzrə dərslər təşkil olunub. Hazırda Khan Academy platformasından istifadə etməklə riyaziyyat fənni üzrə innovativ dərslər keçirilir. Məktəbdə təhsil alan 6-cı sinif şagirdləri 2 qrup şəklində layihədə iştirak ediblər. Bu dərslər zamanı öncədən hazırlanmış dərs proqramı, vizual vəsaitlərdən, simulyasiya və tapşırıqlardan istifadə edilir.
Qeyd edək ki, layihənin məqsədi Khan Academy platformasında yerləşən 6-cı sinif riyaziyyat fənni materiallarının orta məktəb tədrisinə adaptasiya edilməsi və ondan istifadə etməklə dərslərin təşkil edilməsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini təkmilləşdirmək, fərdi və əyləncəli öyrənməni təşviq etmək eyni zamanda müəllimlərin sinifdə şagirdlərə fərdi yanaşmanı tətbiq etmələri üçün imkanlar yaratmaqdır.
Xatırladaq ki, layihə Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbdə Reyhan Yunisova tərəfindən icra olunur.

