,,Riyaziyyat Marafonu-RFM hazırlıq qrupları,, layihəsi çərçivəsində bağlanış mərasimi keçirilmişdir.
Layihə çərçivəsində şagirdləri Respublika Fənn Müsabiqələrinə hazırlaşdırmaq üçün xüsusi təlim proqramı həyata keçirilmişdir.Bu məqsədlə Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin 6-cı və 7-ci siniflərində təhsil alan 20 şagird layihəyə cəlb olunmuşdur.Peşəkar təlimçi tərəfindən həftədə 4 saat olmaqla şənbə və bazar günləri məşğələlər təşkil edilmişdir.
Şagirdlər üçün xüsusi plan-qrafik hazırlanmış,onlara riyaziyyat və məntiqdən müxtəlif tipli sual və tapşırıqlar hazırlanmışdır.
Bütün bunlar şagirdlərdə analitik düşünmə, problem həlletmə və analiz qabiliyyətinin inkişafını sürətləndirmişdir.
Xatırladaq ki, ,, Riyaziyyat Marafonu-RFM hazırlıq qrupları,,qrant layihəsi Kamran Rəhimov tərəfindən Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində icra edilmişdir.
Layihənin məqsədi şagirdlərdə riyazi savadlılığın artırılması, şagirdlərin sürətli hesablama və analitik qabiliyyətlərini yüksəltməklə onları Respublika Fənn Müsabiqələrinə hazırlamaqdır.

