İlkin hesablamalara görə 2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 231486,3 min manat olmuşdur.
CƏNUB PRESS xəbər verir ki, bu dövrdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 83489,8 min manatlıq və ya ümumi məhsulun 36,1 faizi qədər, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 61508,5 min manatlıq (26,6 faiz), tikintidə 58668,7 min manatlıq (25,3 faiz), sənayedə 21755,8 min manatlıq (9,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 5879,6 min manatlıq (2,5 faiz), informasiya və rabitə sahəsində isə 183,9 min manatlıq (0,1 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə tikinti sahəsində 51,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 18,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,3 faiz artım, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 1,2 faiz, sənaye sahəsində 44,1 faiz, informasiya və rabitə sahəsində isə 75,0 faiz azalma müşahidə edilmişdir.
