
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Cənub Press xəbər verir ki, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil, velosipedçi – Lənkəran rayonunun Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.
Nəticədə velosipedçi ağır xəsarətlər alıb və təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin müxtəlif nahiyələrində açıq yaralar diaqnozu qoyublar.
Rəfail İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.