
Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Cənub Press xəbər verir ki, rayonun İkinci Yeddioymaq kəndində keçirilən vətəndaş qəbulundan dərhal sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə ərazidə olan şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər qərənfillər düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.
Ərazidə dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.
Nərmin Əliyeva, Cənub Press