
Lənkəranda təhlükəli qurdların çoxalması narahatlıq yaradıb.
Cənub Press xəbər verir ki, zərərvericilər əsasən şəhərin Şəhidlər Xiyabanı küçəsi, bina 155-də müşahidə olunur. Qurdlar binanın qarşısındakı ağaclardan düşərək bloklara və mənzillərə daxil olurlar. Artıq sakinlər bu həşəratları evlərinin içərisində də görürlər.
Əraziyə lazımi dərman preparatları gətirilərək profilaktik tədbirlər görülüb. Mütəxəssislərin fikrincə, söhbət “Amerika kəpənəyi” adlanan zərərverici növdən gedir. Bu həşəratlar payız və qış aylarında ağacların üzərinə yumurta qoyur, yazda isə yumurtalardan çıxan sürfələr ağacların zoğ və yarpaqları ilə qidalanır.
Vaxtında tədbir görülmədiyi halda, bu zərərvericilər qısa müddətdə bütün ərazini bürüyə bilər.
Qeyd edək ki, zərərvericilərin yayıldığı bina 4 blokdan ibarətdir və 60 mənzili əhatə edir.(Cenublu.az)
Nərmin Əliyeva, Cənub Press