
Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir keçirilib.
Cənub Press-in bölgə müxbiri xəbər verir ki, tədbir “Milli Mətbuat və Jurnalistika Günü”nün 150 illiyi münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının təməlini qoyub və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb.
Tədbirdə Vətən müharibəsində şəhid olmuş jurnalistlərin xatirəsi də ehtiramla yad edilib.
Mətbuat nümayəndələri çıxışlarında qeyd ediblər ki, Mətbuat Günü münasibətilə Masallıda təşkil olunan bu tədbir artıq bir ənənəyə çevrilib. Onlar jurnalist əməyinə verilən dəyərə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.