Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən Biləsuvar, Şirvan və Salyan rayonlarında “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” adlı layihə həyata keçirilir.
Layihənin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının mahiyyətini gənclərə daha dərindən çatdırmaq, Heydər Əliyev irsini konstitusiya dövlətçiliyinin təməli kimi təbliğ etmək, gənclərin hüquqi biliklərini və dövlətçilik düşüncəsini gücləndirməkdir.
Layihə çərçivəsində Biləsuvar rayonunda bir forum olmaqla hər üç rayonda gənclər üçün maarifləndirici görüş-təlimlər keçiriləcəkdir. Bu mərhələdə məqsəd gənclərə müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi, Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki tarixi rolunu çatdırmaq, onların hüquqi maarifləndirilməsini təmin etmək və konstitusiya dəyərləri ilə bağlı biliklərini artırmaqdır. Belə ki, regionda yaşayan gənclərin hüquqi biliklərinin, vətəndaş məsuliyyətinin və dövlətçilik dəyərlərinin gücləndirilməsi, ümumilikdə cəmiyyətin demokratik inkişafına və hüquqi dövlət quruculuğunun möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirak etmək üçün sözügedən regionlar üzrə gənclər layihənin sosial şəbəkə hesablarına və ya bygib@mail.ru imeylinsə müraciət edə bilər.
