Neftçala rayonu Xıllı qəsəbə R.Gözəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “”FunEasyLearn” tətbiqinin köməyi ilə şagirdlərin ingilis dili üzrə bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq məşğələlər keçirilir. Belə ki, layihə rəhbəri, ekspertlər, təlimçilər və sinif rəhbərləri tərəfindən müəyyən edilən meyarlar əsasında 30 şagird seçilib. Seçim prosesi əsasən əvvəlki qiymətləndirmələr, şagirdlərin maraq və motivasiyaları, həmçinin onların boş vaxtlarının mövcudluğu kimi meyarlara əsaslanıb. Seçilmiş 30 şagird 2 qrup şəklində ingilis dili üzrə məşğələlərə cəlb olunub. 6 ay ərzində interaktiv dərsdənkənar məşğələlərin “FunEasyLearn” tətbiqinin köməyi ilə keçiriləcək və yekun qiymətləndirmə aparılacaqdır.
Xatırladaq ki, layihənin məqsədi “FunEasyLearn” tətbiqinin köməyi ilə şagirdlərin ingilis dilinə marağını, bilik və bacarıqlarını artırmaq və onların bu dilə yanaşmasını müsbət istiqamətdə dəyişdirməkdir.
Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş bu layihə Neftçala rayonu Xıllı qəsəbə R.Gözəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Nüşabə Zeynalova tərəfindən icra olunur.

