Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Həmidova-Əsgərovanın “Udemy ilə proqramlaşdırmaya ilk addım” layihəsinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak etmişdir. Layihə rəhbəri H.Ə.Səbinə tədbir haqqında ətraflı məlumat verərək onun məqsədi, əhəmiyyəti və icra mərhələləri barədə iştirakçıları məlumatlandırmışdır.
Çıxış zamanı layihə çərçivəsində görüləcək fəaliyyətlər və gözlənilən nəticələr diqqətə çatdırılmış, iştirakçıların sualları cavablandırılmışdır.

