2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2 faiz artaraq 32720,0 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 8051,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 24,6 faizini təşkil etmişdir. Cənub Press xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında hər bir rayon sakini orta hesabla 289,6 manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 32,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
