Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə “Xalqın zəfər təntənəsi” adlı tədbir təşkil edilib.
Cənub Press xəbər verir ki, 2020-ci ilin sentyabr ayından başlanan Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümü ilə əlaqədar 8 Noyabr – Zəfər Günü münasibətilə “Xalqın zəfər təntənəsi” adlı tədbir təşkil edilmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, icra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti, gənclər, könüllülər, idmançılar iştirak ediblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək bildiriblər ki, müzəffər Ali Baş Komandan Cənab Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın milli birliyini və vətənpərvərlik ruhunu misilsiz dərəcədə nümayiş etdirdi. Məhz bu həmrəylik və birlik ölkəmizi qələbəyə sonra isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı. Onlar qeyd etdilər ki, tarixi zəfərimizin 5 illiyinin həm də abadlıq və quruculuq dövrü kimi tarixi bundan sonra yetişən gənc nəsil qazanılan qələbənin məsuliyyətini hiss etməli və bu şərəfli missiyanın daşıyıcısı olmalıdırlar.
Tədbir gənclərin və könüllülərin hazırladıqları bədii hissə ilə davam edib, eyni zamanda region idmançıları boks, cüdo, karate, ağırlıqqaldırma və digər idman bölmələri üzrə nümunəvi çıxışlar izlənilmiş, gənc rəssamların əl işləri və sənətkarlıq nümunələri nümayiş etdirilmişdir. Gənc müğənnilərin ifasında vətənpərvərlik ruhunda rəqslər nümayiş etdirilmiş, zəfərə həsr edilmiş şeir və mahnılar səsləndirilmişdir. Şəhid övladlarının ifasında vətənə sədaqət, məhəbbət və qəhrəmanlıq mövzusunda tarixi zəfər çıxışları rəğbətlə qarşılanmışdır.
