
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Cənub Press xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində baş verib.
Belə ki, minik və yük avtomobilləri toqquşub.
Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin Əliyeva, Cənub Press