
Oktyabrın 17-nə keçən gecə Yer kürəsində maqnit qasırğaları gözlənilir.
Cənub Press oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün “Telegram” kanalında məlumat verib.
Maqnit dalğalanmalarının oktyabrın 17-də gecəyarısından səhər saat 6:00-a qədər davam edəcəyi qeyd edilir. Qasırğanın gücü dalğalanmanın pik nöqtəsində G2 göstəricisinə çatacaq.
Nərmin Əliyeva, Cənub Press