
Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir.
Cənub Press xəbər verir ki, Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir, bundan başqa şəhərin Zərifə Əliyeva küçəsi 8,9,15 və İlqar Zeynalov küçəsi 8 saylı çoxmənzilli binaların həyətində abadlıq-quruculuq işləri görülür. Görülən işlər çərçivəsində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınacaq parkda söhbətgahlar, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və futbol meydançasının tikintisi ilə bağlı işlər davam etdirilir.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərinin bir sıra küçələrində aparılan asfaltlanma işləri və abadlıq-quruculuq işləri ilə yerində tanış olmuşdur. İşlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Sakinlər görülmüş işlərə görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Nərmin Əliyeva, Cənub Press