
Masallı rayonunun Təzə Alvadı kəndində şəhid Səlimov Sənan Nasif oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Cənub Press xəbər verir ki, şəhid Sənan Səlimovun şəhadətə 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri ilə birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Nərmin Əliyeva, Cənub Press