
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Masallı rayon polis şöbəsinin Viləş kəndində inşası davam edən polis bölməsinin tikinti işləri ilə yerində tanış olub.
Cənub Press xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, ərazi nümayəndəsi və bələdiyyə sədri ilə birlikdə tikintisi davam edən polis bölməsinə baxış keçirib, görülən işlərlə yerində tanış olmuşlar. Yeni polis bölməsi müasir tələblərə uyğun şəkildə inşa olunur, burada əməkdaşların səmərəli fəaliyyəti və vətəndaşların rahatlığı üçün bütün şərait yaradılması nəzərdə tutulmuşdur.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.
Nərmin Əliyeva, Cənub Press