
“Ermənistan və ABŞ Sünik bölgəsində “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) açılmasını müzakirə etməyə başlayıblar”.
Cənub Press xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan və ABŞ Sünik bölgəsindən keçəcək və mahiyyət etibarı ilə materik Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinə çevriləcək “Tramp yolu”nun açılmasının təfərrüatlarını müzakirə etməyə başlayıblar. Bu yaxınlarda Amerika nümayəndə heyəti Ermənistana səfər edib. Müzakirələr başlayıb və bu müzakirələr davam edəcək”, – o qeyd edib.
N.Paşinyan əlavə edib ki, hazırda konkret razılaşmalar çox deyil:
“Düşünürəm ki, problem həm də Tramp administrasiyasının qlobal gündəliyə malik olması ilə bağlıdır, amma əmin olun ki, bu gündəm çərçivəsində “Tramp yolu” gündəliyi həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqda davam edir, böyük maraq var. Yavaş, amma fasiləsiz işləyirik”.(Teleqraf )
Nərmin Əliyeva, Cənub Press