
Lerikdə “Zəfərin təməli” layihəsi çərçivəsində Vətən müharibəsi veteranları ilə gənclərin görüşü keçirilib.
Sentyabrın 26-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Zəfərin təməli” layihəsi çərçivəsində Vətən müharibəsi veteranları ilə gənclərin görüşü keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Vətən müharibəsi iştirakçıları Müqəddəs Zaidov, Rusif Ramazanov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak edib.
Tədbir Ulu öndərimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Vətən müharibəsi veteranları 44 günlük tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından, hərbçi yoldaşlarının göstərdikləri qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışıb, bunlarla bağlı xatirələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.
Nərmin Əliyeva, Cənub Press