
Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Cənub Press xəbər verir ki, aksiyada Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində Cəlilabad şəhəri Qurtuluş küçəsində 300-dən artıq müxtəlif növ ağac əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, mövcud ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, şəhidlərin xatirəsini daim yaşatmaq hər birimizin mənəvi borcudur və belə tədbirlər həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
Nərmin Əliyeva, Cənub Press