
Sentyabrın 26-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər evinin birgə təşkilatçılığı ilə “Zəfərin təməli” layihəsi çərçivəsində “Zəfərə aparan 44 gün” adlı tədbir keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Vətən müharibəsi iştirakçıları Rauf Salayev, Ağasəlim Camalov, Ağadadaş Abidinov və Antiterror əməliyyatının iştirakçısı Əlifəndi Fərziyev iştirak edib. Onlar öz döyüş yollarından, çətin anlarından, yaralandıqda hansı hissləri keçirmələrindən gənclərə danışıblar.
Tədbir diskussiya şəklində davam edib.
İgidlərimiz gənclərə daima vətənpərvər ruhda olmalarını, vətəni canı, qanı bahasına qorumalarını, gələcək nəsillərə də bu ideologiyanı ötürmələrini tövsiyə ediblər
Tədbirdə 30 gənc iştirak edib.
Nərmin Əliyeva. Cənub Press